Kǝrm Әbu Salim keçid mǝntǝqǝsi açılıb

İsrail yǝhudilǝrin “Sukot bayramı”na görǝ bağladığı Qǝzza Zolağının yeganǝ ticarǝt keçid mǝntǝqǝsi Kǝrm Әbu Salimi açıb.

388418
 Kǝrm Әbu Salim keçid mǝntǝqǝsi açılıb

İsrail yǝhudilǝrin “Sukot bayramı”na görǝ bağladığı Qǝzza Zolağının yeganǝ ticarǝt keçid mǝntǝqǝsi Kǝrm Әbu Salimi açıb.
Kǝrm Әbu Salim keçid mǝntǝqǝsinin müdiri Munir ǝl-Qalban açıqlama verǝrǝk, İsrailin cümǝ günü bağladığı keçid mǝntǝqǝsini açdığını, gün ǝrzindǝ Qǝzzaya tikinti materialları, yanacaq maddǝsi vǝ müxtǝlif materiallar daşıyan 800-ǝ yaxın yük maşınının daxil olmasının gözlǝnildiyini bildirib.
İsrail 8 ildir mühasirǝdǝ saxladığı Qǝzzaya açılan Kǝrm Әbu Salim keçid mǝntǝqǝsini Yǝhudi bayramlarını amil kimi göstǝrǝrǝk tez-tez bağlayır.
Bu vǝziyyǝt elektirik stansiyasının fǝaliyyǝtini davam etdirmǝsi üçün lazım olan yanacaq maddǝ tǝmin edilǝ bilmǝmǝsinǝ görǝ bölgǝdǝ bir sıra problemlǝrǝ sǝbǝb olur.
Qǝzzada giriş-çıxışların olduğu 7 keçid mǝntǝqǝsindǝn Rifahı çıxmaqla 6-sı İsrailin nǝzarǝtindǝdir. Qǝzzadakı 4 ticarǝt keçid mǝntǝqǝsi 2007-ci il iyunda İsrail tǝrǝfindǝn bağlanıb.
Digǝr keçid mǝntǝqǝlǝrindǝn Beyt Hanun xarici pasport sahiblǝri, xǝstǝ vǝ iş adamları İordan çayının qǝrb sahilinǝ girişindǝ, Kǝrm Әbu Salimdǝn isǝ bǝzi ticarǝt mǝmullarının keçisi üçün istifadǝ edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr