Aso vulkanı püskürməyə başlayıb

Yaponiyanın cǝnubunda Kyuşu adasında yerləşən Aso vulkanı püskürməyə başlayıb.

387442
Aso vulkanı püskürməyə başlayıb

Yaponiyanın cǝnubunda Kyuşu adasında yerləşən Aso vulkanı püskürməyə başlayıb.
Vulkanın püskürməsi nəticəsində yaranan tüstü 2 min metr yüksəkliyə qalxıb.
Yapon Meteoroloji İdarənin bildirdiyinə görə, Aso vulkanı göyǝ vulkanik daş, tüstü vǝ buxar püskürür, lava axışı olub olmadığı isǝ hǝlǝ mǝlum deyil.
Vulkanik dağın ǝtrafında yaşayış mǝntǝqǝsi olmadığından partlayışın ölümlǝrǝ vǝ yaralanmaya sǝbǝb olmadığı bildirilib.
İdarə tərəfindən beş ballıq cədvəl üzrə 3-cü təhlükə dərəcəsi barədə xəbərdarlıq yayılıb. Bu, “vulkana yaxınlaşmaq olmaz” mənasını verir. Eyni zamanda, bu xəbərdarlıq ehtiyatlı davranaraq kraterin iki kilometrliyinə yaxınlaşmamağı, vulkanik daşlardan və piroklastik axından qorunmağı tövsiyə edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr