Qaçqınlara güc tətbiq edən operator mühakimə olunacaq

“Magyar Nemzet” qəzetinə açıqlama verən operator hadisə zamanı qorxduğunu və özünü müdafıə etməyə çalışdığını bildirib.

378105
Qaçqınlara güc tətbiq edən operator mühakimə olunacaq

“Magyar Nemzet” qəzetinə açıqlama verən operator hadisə zamanı qorxduğunu və özünü müdafıə etməyə çalışdığını bildirib.
Macarıstanda polisdən qaçmağa çalışan qaçqınları yerə yıxan qadın operatorun həbs olunmadan mühakimə olunacağı bildirilir. Szeqed polis mərkəzindən verilən açıqlamada Macarıstan-Serbiya sərhədindəki Röszke qəsəbəsində polislə qaçqınlar arasında baş verən qarşıdurmadan sonra polisdən qaçmağa çalışan, sığınacaq axtaran şəxsləri yerə yıxan qadın şübhəli qismində saxlanılıb, lakin O, həbs edilmədən mühakimə olunacaq.
“Magyar Nemzet” qəzetinə açıqlama verən operator hadisə zamanı qorxduğunu və özünü müdafıə etməyə çalışdığını qeyd edərək “Yüzlərlə insan mənə doğru gəlirdi. O an etdiyim hərəkətdən peşmanam” deyə bildirsə də, bu zamana qədər yerə yıxdığı insanlardan üzr istəməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr