İƏT qaçqınlar problemini müzakirə edəcək

İngiltərədə ərəbcə nəşr olunan ƏL ŞƏRQ ƏL EVSAT qəzeti İslam Əməkdaşlıq Təşkilatının keçirəcəyi iclas barədə xəbər dərc edib.

348542
İƏT qaçqınlar problemini müzakirə edəcək

Qəzet İslam Əməkdaşlıq Təşkilatının “Suriyalı qaçqınlar böhranı” problemini müzakirə etmək səylərini birləşdirmək məqsədi ilə təcili iclas keçirəcəyi barədə xəbər yazıb.
Xəbərdə iclasın gündəliyinin Suriyadakı vəziyyət, suriyalıların yaşadığı insanlıq faciəsi və bunu həlletmə yolları məsələlərindən ibarət olduğu yazılıb.
Qəzetdə Təşkilatın Suriyadakı insanlıq böhranını əvvəldən narahatlıqla izlədiyini, Təşkilat üzvlərindən Türkiyə, Livan, İordaniya, İraq və Misirin qaçqın axınından irəli gələn yükün böyük qisminin öz üzərlərinə aldıqlarına aid fikirlərə də yer verilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr