Yaponiyada sel fəlakəti

Yaponiyada, xüsusilə, ölkənin şimal bölgələrində Etau (eta) Qasırğasının səbəb olduğu şiddətli yağışlar, sel və torpaq sürüşməsinə səbəb olub.

377683
Yaponiyada sel fəlakəti

Yağışlar nəticəsində Kinugawa çayı daşıb, paytaxt Tokionun 50 kilometr şimal-şərqindəki Joso şəhəri sular altında qalıb.

7 nəfər itkin düşüb, 17 nəfər yaralanıb.

Sel üzündən evlərinin damına çıxanları göndərilən helikopterlər xilas etdi.

Şiddətli yağışlar Tokio və şimalındakı Ibaraki və Tochigi şəhərlərinə də təsir edib. Qatar səfərləri təxirə salınıb.

Yaponiya Nəqliyyat Nazirliyi  6 min 900 evin seldən zərər gördüyünü və indiyə qədər 2 min 500 nəfərin təhlükəsiz yerlərə təxliyə edildiyini açıqlayıb.
 Sürəti saatda 125 kilometrə çatan Etau Qasırğası bu gündən etibarən zəifləyib. Ancaq qasırğanın gətirdiyi yağışların bir neçə gün də davam edəcəyi gözlənilir. Buna görə 170 min adam üçün təcili təxliyə əmri verilib.

Yağışlarla birlikdə Fukuşima atom elektrik  stansiyasından  yeni bir sızıntı ola biləcəyi qorxusu vardır.

Yaponiyanın cənubunu keçən ay vuran Goni Qasırğasında da bir nəfər həyatını itirmiş, 70 nəfər yaralanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr