Hindistanda ildırımdan insanlar öldü

Hindistanın cənubundakı Andra Pradeş və şərqindəki Orissa əyalətlərinə düşən ildırım 32 nəfərin ölümünə səbəb olub.

376252
Hindistanda ildırımdan insanlar öldü

İldırım vuran 12 nəfər isə yaralanıb.
İldırım insanların əksəriyyətini tarlada işlədikləri zaman vurub.
Gunturda isə qadın kriket komandalarının yarışı zamanı meydançaya ildırım düşüb. Xoşbəxtlikdən, oyunçu və tamaşaçılar arasında ölən,və ya yaralanan olmayıb.
Əyalət Baş Naziri N. Çandrababu Naydu, həlak olanların hər biri üçün yaxınlarına 400 min rupi təzminat ödənəcəyini açıqlayıb.
Hindistanda musson mövsümü iyun və sentyabr ayları arasına təsadüf edir.
Hər il bu mövsümdə çox sayda insan ildırım düşməsi səbəbindən həyatını itirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr