"Beynǝlxalq ictimaiyyǝt Suriya xalqını yalnız buraxdı", S.Dujarr

Dujarric tǝcili ǝmǝliyyat planına ehtiyac duyulan mövzularda Tǝhlükǝsizlik Şurası tǝrǝfindǝn edilǝn hǝr vetonun BMT üçün yeni bir problem yaratdığını söylǝyib.

375728
"Beynǝlxalq ictimaiyyǝt Suriya xalqını yalnız buraxdı", S.Dujarr

BMT Baş katibinin sözcüsü Stephane Dujarric tǝcili ǝmǝliyyat planına ehtiyac duyulan mövzularda Tǝhlükǝsizlik Şurası tǝrǝfindǝn edilǝn hǝr vetonun BMT üçün yeni bir problem yaratdığını söylǝyib.
Dujarric Nyu-Yorkda Anadolu agentliyi müxbirinǝ verdiyi açıqlamada bildirib ki, BMT Tǝhlükǝsizlik Şurasının 5 daimi üzvünün sahib olduğu veto hüququnun müǝyyǝn hallarda mǝhdud edilmǝsi barǝdǝ son dövrdǝ tǝqdim edilǝn tǝkliflǝr Şura üzvlǝri arasında müzakirǝ edilir.
Veto hüququndan böyük bir mǝsuliyyǝt anlayışı daxilindǝ istifadǝ edilmǝsinin vacibliyini vurğulayan sözcü Tǝhlükǝsizlik Şurasında birlik olmadığını dilǝ gǝtirib vǝ deyib ki, Yǝmǝn, Suriya, İraq vǝ Әfqanıstan kimi yerlǝrdǝ qarşılaşdığımız sülh vǝ tǝhlükǝsizlik mǝsǝlǝlǝrinin siyasi cǝhǝtinin öhdǝsindǝn gǝlmǝk üçün Tǝhlükǝsizlik Şurasının birliyinǝ ehtiyacımız var. Onlar belǝ mǝsǝlǝlǝrlǝ yekdil olmalıdır. Bu, mǝsǝlǝ ilǝ bağlı olaraq çox güclü bir mesaj olar.
Sözçü Dujarric BMT-nin son bir ildǝ ǝn uğurlu olduğu mövzunun Ebola epidemiyası ilǝ mübarizǝ, ǝn uğursuz olduğu mǝsǝlǝ isǝ Suriyadakı vǝtǝndaş müharibǝsi olduğunu dilǝ gǝtirib.
Qaçqınlar vǝ hǝrbǝ görǝ evlǝrini tǝrk etmǝyǝ mǝcbur qalanların sayının artmaqda davam etdiyini ifadǝ edǝn Dujarric bu mǝsǝlǝdǝ beynǝlxalq ictimaiyyǝtin Suriya xalqını yalnız buraxdığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr