Macarıstan sərhədlərinə tikanlı məftillər çəkilir

Qeyri-leqal miqrantların qarşısını almaq üçün sərhədlərdə nəzarət gücləndirilib.

341619
Macarıstan sərhədlərinə tikanlı məftillər çəkilir

Qeyri-leqal miqrantların qarşısını almaq üçün sərhədlərdə nəzarət gücləndirilib.
Avstriyada qeyri-leqal miqrantların qarşısını almaq üçün sərhədlərdə nəzarət gücləndirilib. Vyanada ilk mərhələdə sərhəddə 200 qaçaq immiqrantın saxlanıldığı, 5 nəfərin nəzarətə alındığı bildirilib. Qeyd edək ki, ötən həftə Avstriyada yük avtomobillərinin birində havasızlıqdan boğularaq ölən 71 miqrant aşkarlanmışdı.
Fransa Baş naziri Manuel Valls döyüş və təzyiqdən qaçanların Fransaya qəbul edilmələrinin vacibliyini bildirib.
Bundan başqa Serbiyada yüzlərlə adam Macarıstana piyada olaraq keçməyə çalışır. Macarıstan sərhədlərinə isə tikanlı məftillər çəkilir.
Bu arada Fransa Xarici İşlər naziri Lauren Fabius Macarıstanı Avropa dəyərlərindən uzaq olmaqda günahlandırıb. Macarıstan Xarici İşlər nazirinin müşaviri Levente Magyar təşkil etdiyi mətbuat konfransında Lauren Fabiusun tənqidlərinə cavab verib. O, “sərhəddə etdiyimiz işlər ilə yalnız Macarıstanın deyil bütün Avropanın təhlükəsizliyini və rahatlığını təmin edirik” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr