Yəməndə qarşıdurmalar davam edir

Taizdə baş verən qarşıdurmada 94 nəfər həyatını itirib, 150-i isə yaralanıb.

332120
Yəməndə qarşıdurmalar davam edir

Taizdə baş verən qarşıdurmada 94 nəfər həyatını itirib, 150-i isə yaralanıb.
Yəməndə prezident Hadi tərəfdarları ilə Husilər arasındakı qarşıdurmalar davam edir. Taiz şəhərində baş verən qarşıdurmada 94 nəfər həyatını itirib, 150-i isə yaralanıb. Hadi tərəfdarları kəşfiyyat binası, Tarixi Qahirə qalası, və Əl Ərus Hərbi Düşərgəsi kimi bəzi strateji nöqtələri ələ keçirib. Husilərin olduğu Prezident Sarayının və bəzi hərbi nöqtələrin da mühasirəyə alındığı bildirilir.
Səudiyyə Ərəbistanı hərbi səlahiyyətliləri, Husilərin sərhəddən açdığı atəş nəticəsində 2 əsgərin həyatını itirdiyini açıqlayıb. Digər tərəfdən Beynəlxalq Əfv Təşkilatı Yəməndə qarşıdurma yaradan bütün tərəflərin mühakimə olunmasını istəyib. Təşkilat tərəfindən verilən hesabatda Səudiyyə Ərəbistanının təşkil etdiyi hava hücumları da tənqid olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr