Myanmarda sel fəlakəti
156 min insan evsiz qaldı
Myanmarda 10 gündür davam edǝn şiddətli yağışların yol açdığı sellərdə ən az 27 nǝfǝr öldü, 156 min insan da evsiz qaldı.
Dövlət başçısı Thein Sein son illərin ən böyük sel fəlakəti yaşanan ölkənin dörd əyalətində fövqəladə vǝziyyǝt elan etdi.
Fövqəladə vǝziyyǝt elan edilən Çin bölgəsinin paytaxtı Hakhayaya geden yollar torpaq sürüşmǝsi sǝbǝbi ilǝ bağlanıb. Təxminən bir həftədir nəqliyyat təmin edilə bilmir. Irrawaddy xəbər saytı şəhərdə qida və içməli su çətinliyinin yaşandığını bildirib.
Myanma Qırmızı Xaç Tǝşkilatı fövqəladə vǝziyyǝt elan edilən Rakhine əyalətində 300-dən çox evin dağıldığını və 1500 nǝfǝrin evakuasiya edildiyini açıqladı.
Eyalǝtdǝki düşərgələrdə yaşayan təxminən 140 min arakanlı müsəlmanların çoxu , şiddətli yağışlardan və sell fǝlakǝtindǝn təsirlənənlər arasında yer alır.
Әlaqәli Xәbәrlәr
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...