Yunanıstanda ərzaq təhlükəsi

"Yunanıstanda ərzaq çətinliyi yarana bilər”

334189
Yunanıstanda ərzaq təhlükəsi

Yunanıstanda ərzaq probleminin yaşanıb- yaşanmayacağı bankların nə zaman açılacağından və bank əməliyyatları ilə əlaqədar olaraq qurulan xüsusi məclisin fəaliyyətindən və veriləcək qərarlardan asılıdır. Bunu Yunanıstan,“Kathimerini” qәzeti yazıb. Lakin qida sənayesi üzrə mütəxəssislər həftə içərisində bəzi məhsullar sarıdan çətinlik yaşanmasından narahatlıqlarını bildiriblər. Xüsusilə ət və süd məhsullarında ciddi çətinlik yaşanması gözlənilir, çünki bu məhsulların böyük hissəsi idxal edilir. Konserv və makaron, eyni zamanda təzə meyvə və tərəvəz məhsullarında isə belə bir problemin yaşanacağı gözlənilmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr