Hollandiya Srebrenitsa qırğınına görə üzr istədi

Bosniya müharibəsi zamanı səkkiz minə yaxın müsəlmanın öldürüldüyü Srebrenitsa qırğınından uzun illər sonra Hollandiya üzr istəyib.

321122
Hollandiya Srebrenitsa qırğınına görə üzr istədi

Həmin dövrdə hollandiyalı sülhməramlılarının olduğu təhlükəsiz bölgədən çıxmaq məcburiyyətində qalan üç bosniyalı müsəlman başlatdığı hüquqi mübarizəni qazanıb.

Niderlandın müdafiə nazirinin bir il əvvəl üç bosniyalı müsəlmanın ailələrindən üzr istədiyi də ortaya çıxıb. Bu, Bosniyaya Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında sülhməramlılarını göndərən Hollandiyadan Srebrenitsa qırğınındakı itkilərlə bağlı gələn ilk üzrdür.

Öldürülənlərin ailələrinə Niderland tərəfindən təzminat ödəniləcəyi də bildirilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr