Pakistanda bürkü can alır

Ölkədə havanın həddindən artıq isti olmasından həyatını itirənlərin sayı 100-ü keçib.

313199
Pakistanda bürkü can alır

  Pakistanın mərkəzi və cənub bölgələrində istilik rütubətlə birlikdə 45 dərəcəyə yüksəlib.

  Ölkənin cənubundakı liman şəhəri Karaçi ilə Hindistan sərhədində olan çöl-səhra bölgəsi Tharparkar, Sibbi və Şekhupurada şənbə günündən bu yana 122 adam ölüb.

  Bürkü dalğası elektrik kəsintiləri və su çətinliyi yaradaraq bölgələrdə həyatı iflic edib.

  Qeyd edək ki, keçən ay Pakistanın qonşusu Hindistanda həddindən artıq isti 1400 adamın ölümünə səbəb olmuşdu.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr