Ban Ki Mun iki həftəlik atəşkəs çağırışını etdi

sülh prosesinə dəstək olan ölkələrin nümayəndələri ilǝ görüşdü

304871
 Ban Ki Mun  iki həftəlik atəşkəs çağırışını etdi


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun ramazan ayı münasibətilə Yəməndə ən az iki həftəlik atəşkəs çağırışını etdi.

Ban Ki Mun BMT Cenevrə Ofisində Riyad Deleqasiyası və Yəməndəki sülh prosesinə dəstək olan ölkələrin nümayəndələri ilǝ ayrı-ayrı görüşdü.

Yığıncaqların ardından mətbuat konfransı təşkil edən Ban Ki Mun Yəmən hökuməti nümayəndələrinin çox konstruktiv bir görüşdə olduğunu, daha sonra da sülh prosesinə dəstək verən ölkələrin Yəmən səfirlərini məlumatlandırdığını söylədi.

Husilərin hələ Cenevrǝyǝ gəlmədiklərini ifadə edən Ban Ki Mun "Onların gəlişini gözlǝmirǝm, Yəmən xüsusi nümayəndəsi ilǝ görüşəcəklər" dedi.

Ramazan ayına girərkən Yemenlilǝrǝ humanitar yardımların çatdırılmasının əhəmiyyətinə işarə edən Ban Ki Mun "Ən az iki həftəlik atəşkəs edilməsi lazım olduğu vurğuladı. Ramazan insanların sülh, ǝminamanlıq , razılıq üçün dua etdiyi bir aydır və Yəmən xalqı ramazan ayında sülhü yaşaya bilmǝli" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr