Liviyanın Tunis konsulluğundan qaçırılanlar Tripolidədirlər

Konsulluq işçilərini qaçıranlarla danışıqlar davam edir

303443
Liviyanın Tunis konsulluğundan qaçırılanlar Tripolidədirlər

Liviyanın Tunis konsulluğuna təşkil edilən basqın zamanı qaçırılan 10 nəfərin Tripolidə olduqları və vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Tunis səlahiyyətliləri, konsulluq işçilərini qaçıranlarla danışıqların davam etdiyini açıqlayıb.
Tunis hökuməti tərəfindən verilən açıqlamada, konsulluq işçilərinin qısa müddətdə azad ediləcəkləri bildirilib.
Qeyd edək ki, Tripolidəki Tunis konsulluğuna hücum təşkil edən silahlı qrup, 10 konsulluq işçisini qaçırmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr