Helmand əyalətində 20 Əfqan polisi ölüb

Əfqanıstanda Talibanın Helmand əyalətindəki bir bazaya təşkil etdiyi hücumda 20 Əfqan polisi ölüb.

303141
Helmand əyalətində 20 Əfqan polisi ölüb

Əfqanıstanda Talibanın Helmand əyalətindəki bir bazaya təşkil etdiyi hücumda 20 Əfqan polisi ölüb.
Hücumda kütlǝ halında olan silahlı Taliban qrupunun, Musa Qala bölgəsindəki baza təşkil etdiyi hücumda 10 polis də yaralanıb.
Əfqanıstan təhlükəsizlik gücləri, ölkənin cənubunda radikal təşkilatlar qarşısında itki verir.
NATO, 2014-ci ilin dekabr ayında həyata keçirdiyi “Qǝtiyyǝli Dəstək Missiyası” ilə Əfqan təhlükəsizlik qüvvǝlǝrinǝ radikal təşkilatlara qarşı tǝlim keçir.
Pakistan ordusu isə silahlı döyüşçülǝrǝ qarşı uğurlu əməliyyatlarına daha bir yenisini əlavə edib.
Əfqanıstan sərhədindəki Şimali Vəziristan tayfa bölgəsinə təşkil etdiyi əməliyyatda 20 silahlı öldürülüb.
Pakistan ordusu, Talibanın yenidən fǝaliyyǝtlǝrǝ başladığı 2008-ci ildən bǝridir Şimal-qərb Sərhəd əyalətindəki tayfa bölgələrinə istiqamətli müəyyən fasilələrlə uğurlu əməliyyat təşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr