Doğru istiqamətdə atılmış bir addım

ABŞ prezidenti Barak Obamanın DEAŞ terror təşkilatının nəzarətində olan Ramadi ilə Fəlluca arasındakı Taqaddum bazasına 450 əlavə əsgər göndərməsi qərarı üzərində müzakirələr davam edir.

301543
Doğru istiqamətdə atılmış bir addım

  Ağ Ev Milli Təhlükəsizlik İdarəsi müşavirinin müavini Ben Fodes (Rhodes) bu qərarın Ənbar vilayətində İraq təhlükəsizlik gücləriylə daha yaxşı koordinasiya qurulması imkanı verəcəyini bildirib.

  Amerika əsgərlərinin döyüşməyəcəyini deyən Fodes İraq təhlükəsizlik qüvvələrinin sayının artırılmasının DEAŞ terror qruplaşmasına qarşı mübarizədə effektli olacağına inandığını söyləyib.

  Müdafiə nazirinin müavini Elissa Slotkin də bölgədəki təhlükəsizlik riskinə diqqət çəkərək bazanın qoruma altında olacağını deyib.

  Obama rəhbərliyinin DEAŞ ilə mübarizə strategiyasını tez-tez tənqid edən ABŞ Nümayəndələr Palatasının sədri Con (John) Boehner isə qərarı “doğru istiqamətdə atılmış bir addım” kimi qiymətləndirib.

  Qeyd edək ki, son günlər DEAŞ-ın İraqın paytaxtı Bağdadın müxtəlif yerlərinə tez-tez bombalı hücumları nəticəsində 9 nəfər həyatını itirib, onlarla adam yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr