İsrail radioaktiv partlayıcı sınaqdan keçirib

Nəcəf səhrasında keçirilən sınaqlarda bir hücuma uğranıldığı zaman ölkənin nə cür reaksiya verəcəyi test edilib.

298859
İsrail radioaktiv partlayıcı sınaqdan keçirib

  Sınaqlarda 20 partlayış törədilib.

  Bombaların patladılmasından sonra kiçik insansız hava vasitələri (robotları) partlayış bölgələrinə göndərilərək radiasiya səviyyəsini ölçüb.

  Ölçmələrdə yüksək nisbətdə radiasiya təsbit edilib, amma küləyin təsiriylə ətrafa dağılan radioaktiv hissəciklərin ciddi bir təhlükə yaratmadığı meydana çıxıb.

  İsrailli mütəxəssislər bunu da sınaqdan keçiriblər ki, radioaktiv maddə böyük ticarət mərkəzləri kimi sıxlıq olan məkanların ventilyasiya sistemindən sızdırılarsa, nələr ola bilər? Məlum olub ki, binanın ventilyasiya filterləri radiasiyanın böyük bir qisimini tutub saxlayır.

  Başqa mütəxəssislər İsrailin bu təcrübələrinə görə, onun nüvə proqramının çox gizli saxlanıldığını, buna dair rəsmi heç bir məlumatın verilmədiyini, ən az 100-200 arası nüvə mərmisinə malik olduğunu təxmin edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr