Husilәrә istiqamәtli hücumlar davam edir

Ədən və Ebyen vilayətləri arasındakı sahil yolunda Husilər ilə keçmiş prezident Əli Abdullah Saleh tərəfdarlarına aid düşərgələrin olduğu əraziyə avia zərbələr endirib.

291845
 Husilәrә istiqamәtli hücumlar davam edir

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Ədən yaxınlığında təşkil etdiyi hava hücumunda, 15 Husi öldürülüb. Koalisiya qüvvələri, ölkənin cənubundakı Ədən və Ebyen vilayətləri arasındakı sahil yolunda Husilər ilə keçmiş prezident Əli Abdullah Saleh tərəfdarlarına aid düşərgələrin olduğu əraziyə avia zərbələr endirib. Prezident Abdurabbu Mansur Hadi tərəfdarları da qarşıdurmaların davam etdiyi Taiz şəhərində Husilərə hücum təşkil edib, nəticədə18 Husi həyatını itirib.

Marib bölgəsindəki qarşıdurmalar zamanı da 5 Husi həyatını itirib. Qeyd edək ki, Yəməndəki Husilərin qarşısını almaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, martın 26-sı “Qətiyyət Fırtınası” adlı hava hərəkatı başlatmışdı. Əməliyyatın aprelin 21-i sona çatdığı və Yəmən xalqı üçün “Ümüdun bərpası” əməliyyatının başlandığı açıqlanmışdı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr