Mahinur Özdǝmir partiyasından çıxarılıb

Belçika vǝ Avropanın ilk başıörtülü millǝt vǝkili kimi tarixdǝ yer alan Mahinur Özdǝmir 1915-ci il hadisǝlǝrilǝ ǝlaqǝli olaraq Ermǝni iddialarını qǝbul etmǝdiyinǝ görǝ partiyasından çıxarılıb.

297989
Mahinur Özdǝmir partiyasından çıxarılıb

Belçika vǝ Avropanın ilk başıörtülü millǝt vǝkili kimi tarixdǝ yer alan Mahinur Özdǝmir 1915-ci il hadisǝlǝrilǝ ǝlaqǝli olaraq Ermǝni iddialarını qǝbul etmǝdiyinǝ görǝ partiyasından çıxarılıb.
Mahinur Özdǝmir Demokratik Humanitar Mǝrkǝzi Partiyası rǝhbǝrliyinin başıörtülü olmasından narahat olduğunu, 1915-ci il hadisǝlǝrilǝ ǝlaqǝli iddiaları qǝbul etmǝmǝsindǝn bǝhanǝ kimi istifadǝ edildiyini bildirib.
2009-cu ildǝ Brüssel Parlamentinǝ girǝrǝk Belçika vǝ Avropanın başıörtülü ilk millǝt vǝkili olan Mahinur Özdǝmir bundan sonra müstǝqil millǝt vǝkili olaraq xidmǝt göstǝrǝcǝyini vurğulayıb.
Özdǝmirin partiyasından çıxarılmasına sǝrt reaksiyalar göstǝrilǝrkǝn qǝrarın lǝğv edilmǝsi üçün imza kampaniyası başladılıb.
Demokratik Humanitar Mǝrkǝzi Partiyasında Türk vǝ Şimali Afrikalı millǝt vǝkillǝri vǝziyyǝti dǝyǝrlǝndirǝrkǝn gǝlǝcǝk günlǝrdǝ kütlǝvi istefa qǝrarlarının olacağı gözlǝnilir.
Valon Yaşıllar Partiyası da qǝrarı sǝrt şǝkildǝ tǝnqid edib.
Sosial şǝbǝkǝlǝrdǝ dǝ Özdǝmirǝ dǝstǝk açıqlamaları sürǝtlǝ yayılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr