Almaniya millət vəkilinə icazə verilməyib

Rusiya Almaniya millət vəkilinin ölkəyə girişinə icazə verməyib.

289299
 Almaniya millət vəkilinə icazə verilməyib

Rusiya Almaniya millət vəkilinin ölkəyə girişinə icazə verməyib.
Xristian Demokrat Birlik Partiyasının Federal Məclis Üzvü Karl-Georg Vellmannın Rusiyaya girişinə Moskvanın Beynəlxalq hava limanında polis tərəfindən maneə törədilib.
Vellmann, 2019-ci ilə qədər bu ölkəyə girişinin qadağan olduğunu öncədən bilmədiyini və Rusiyanın yüksək vəzifəli şəxslərinin dəvəti ilə Moskvaya getdiyini qeyd edib.
Onun fikrincə, Federal Məclisdə Almaniya-Ukrayna parlamentlərarası Dostluq Qrupunun başçısı olduğundan Moskva onun adını qara sıyahıya salıb.
Digər tərəfdən Almaniyanın Moskva səfiri Rüdiger Freiherr von Fritsch, Rusiya Xarici İşlər Nazirliyinə gedərək etirazını bildirib. Bundan başqa Almaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada “Bu hadisə qəbuledilməzdir” deyə bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr