Qambiya hökuməti Arakan müsəlmanlarını qəbul etməyə hazırdır

Qambiya hökuməti, Arakan müsəlmanlarını qəbul etmək və onları ölkədə quracaqları qaçqın düşərgələrinə yerləşdirmənin “müqəddəs vəzifə” olduğunu bildirib.

284276

Ölkə beynəlxalq ictimaiyyətə də müraciət edərək, müsəlmanlar üçün qurulacaq düşərgələrə çadır, yataq, dərman və ev əşyaları göndərmələrini tələb edib.
Arakan müsəlmanlarının “yenidən məskunlaşması” üçün daha bir açıqlama isə ABŞ-dan gəlib.
ABŞ Dövlət Departamentinin təmsilçisi Mari Harf, ölkəsinin Cənubi Asiyadakı immiqrant faciəsi məsələsində yardım etməyə hazır olduğunu bildirib. Mətbuat konfransında çıxış edən Harf minlərlə insanın yeni yerlərə yerləşdirilməsinin gündəmlərində olduğunu qeyd edib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr