Cari ildǝ Aralıq dǝnizindǝ 1800 mühacir hǝyatını itirib

Avropa İttifaqı Aralıq dǝnizindǝ insan qaçaqçılarına qarşı ǝmǝliyyat hǝyata keçirǝcǝk.

280051
Cari ildǝ Aralıq dǝnizindǝ 1800 mühacir hǝyatını itirib

Avropa İttifaqı Aralıq dǝnizindǝ insan qaçaqçılarına qarşı ǝmǝliyyat hǝyata keçirǝcǝk.
Belçikanın paytaxtı Brüsseldǝ yığıncaq keçirǝn Avropa İttifaqının xarici işlǝr vǝ müdafiǝ nazirlǝri Aralıq dǝnizindǝ insan qaçaqçılarına yönǝldilmiş hǝrbi ǝmǝliyyat hǝyata keçirilmǝsi barǝdǝ razılıq ǝldǝ edib.
İyun ayında başlaması planlaşdırılan ǝmǝliyyatların BMT-nin müşayiǝtindǝ keçirilmǝsi nǝzǝrǝ alınıb.
Hǝrbi ǝmǝliyyatla yanaşı mühacirlǝrin üzv ölkǝlǝr arasında bölüşdürülmǝsi isǝ yığıncağın mübahisǝ mövzusu olub.
İspaniya, Fransa, İngiltǝrǝ vǝ Macarıstan Avropa İttifaqının “mǝcburi mücahir kvotası sisteminǝ” etiraz edib.
Әsasların qaneedici olmadığını vurğulayan İspaniyanın xarici işlǝr naziri vǝziyyǝtin yenidǝn gözdǝn keçirilmǝsinin vacibliyini dilǝ gǝtirib.
Cari ilin ǝvvǝlindǝn bǝridir Aralıq dǝnizi üzǝrindǝn Avropaya keçmǝk istǝyǝn 1800 nǝfǝr hǝyatını itirdikdǝ 50 minǝ yaxın mühacirin isǝ Avropaya addım atdığı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr