Danışıqların dördüncü turu mayın 20-dǝ Vyanada keçirilǝcǝk

İran ilǝ “altılıq” ölkǝlǝri arasında yekun saziş sǝnǝdinin yazılması mǝqsǝdilǝ keçirilǝn danışıqların dördüncü turu mayın 20-dǝ Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

276647

Mayın 12-dǝ başlayan danışıqların üçüncü turu başa çatıb. Görüşlǝrdǝn sonra hǝr hansı açıqlama verilmǝyib.
Tǝrǝflǝr mayın 20-dǝ yenidǝn bir araya gǝlǝcǝklǝr, görüşdǝ aprelin 2-dǝ İsveçrǝnin Lozanna şǝhǝrindǝ müǝyyǝnlǝşdirilǝn maddǝlǝr müzakirǝ edilǝcǝk. Yekun sazişin iyunun 30-dǝk tamamlanması barǝdǝ razılıq ǝldǝ edilib.
Qeyd edǝk ki, İran 15 il müddǝtindǝ 3,76 faizdǝn artıq uran zǝnginlǝşdirmǝmǝyi vǝ nüvǝ obyekt tikmǝmǝyi qǝbul etmişdi. İran sanksiyalara tamamilǝ son qoyulmasını “altılıq” ölkǝlǝri isǝ nüvǝ fǝaliyyǝtlǝrin tamamilǝ dinc mǝqsǝdli olmasını istǝyir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr