Usama Bin Laden öldürülməyib?

Terror təşkilatı “Əl Qaidə”nin lideri Bin Ladenin 2011-ci ildə Pakistanda təşkil edilən bir əməliyyatla öldürülməsinin bir fantastika olduğu iddialarına Amerika Birləşmiş Ştatları rəhbərliyindən cavab gəlib.

271173
Usama Bin Laden öldürülməyib?

  Pentaqonun katibi Coş Ernest (Josh Earnest) amerikalı jurnalist Seymur Herşin Usamə Bin Ladenin öldürülməsilə bağlı yazdığı məqaləyə və ictimaiyyətə səhv məlumat yaydığına görə "Bu xəbər çox böyük uydurmadır" deyib və yazıda "çox ciddi səhvlər" olduğunu bildirib: "Təkcə Obama rəhbərliyi deyil, CIA-nin əvvəlki sədrinin müavini Mayk Morel (Mike Morell) də hər cümlənin başdan başa yanlış olduğunu deyir".

  Qeyd edək ki, Seymur Herşin Londonun “Review of Books” internet saytında yayımlanan məqaləsində Bin Ladenin 2011-ci ildə öldürüldüyünün fakt olmadığını, 2006-ci ildən bəri Pakistan Təhlükəsizlik İdarəsi tərəfindən əsir götürüldüyünü, buradan bir səlahiyyətlinin isə onun yerinin 25 milyon dollar qarşılığında ABŞ kəşfiyyatına bildirdiyini yazıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr