Baltimor polisi haqqında ǝtraflı istintaq

ABŞ-ın Әdliyyǝ Nazirliyi Baltimor polisinin qanunların vǝ dinc ǝhalinin hüquqlarının tapdalanmasına dair ǝtraflı tǝdqiqat aparacaq.

267964
Baltimor polisi haqqında ǝtraflı istintaq

ABŞ-ın Әdliyyǝ Nazirliyi Baltimor polisinin qanunların vǝ dinc ǝhalinin hüquqlarının tapdalanmasına dair rǝftarının olub olmadığı haqqında ǝtraflı tǝdqiqat aparacaq.
Bununla bağlı qǝrar Әdliyyǝ naziri Loreta Lynçin Baltimoru ziyarǝtindǝn sonra qǝbul edilib. Nazir şǝhǝrdǝ bir sıra tǝdqiqatlar aparıb, saxlanıldığı zaman hǝyatını itirǝn Freddi Qreyin ailǝsilǝ görüşüb.
Әdliyyǝ naziri Vaşinqtonda ziyarǝtinin nǝticǝlǝri vǝ qǝbul edilǝn qǝrarlar barǝdǝ açıqlama verǝrǝk deyib ki, Baltimorda irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda yaxın zamanda tǝdqiqat başladılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr