Aralıq dǝnizindǝ yenǝ faciǝ

Aralıq dǝnizindǝ mühacirlǝrin mindiyi qayıq batıb.

239235
Aralıq dǝnizindǝ yenǝ faciǝ

Aralıq dǝnizindǝ mühacirlǝrin mindiyi qayıq batıb.
Liviyadan İtaliyaya getmǝk istǝyǝn qaçaq mühacirlǝrin mindiyi bir qayıq Sicilya sahillǝrindǝ devrilib, nǝticǝdǝ 40-dan çox adam hǝlak olub.
Qayıqda daha yaxşı yaşamaq ümidi ilǝ Avropa getmǝyǝ cǝhd göstǝrǝn 100-ǝ yaxın mühacirin olduğu güman edilir.
Qeyd edǝk ki, İtaliya sahillǝrindǝ çǝrşǝnbǝ günü axşamı da qaçqınların mindiyi qayıq batmış, onlardan 145 nǝfǝr xilas edildikdǝ 400 mühacir hǝyatını itirmişdir. Son bir hǝftǝdǝ İtaliya sahili sularında on minǝ yaxın qaçqın xilas edilib. Cari ilin ǝvvǝlindǝn isǝ 900 mühacir Avropaya hǝlǝ daxil olmadan dǝniz qǝzaları nǝticǝsindǝ hǝyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr