Türkiyәnin Washington səfirliyinin qarşısında mənalı tәdbir

“İstiqamәtlәndirmә Komitəsi” nin Türkiyənin Vaşinqton Səfirliyi və rezidans qarşısında başlatdığı tәdbir davam edir.

237402
Türkiyәnin Washington səfirliyinin qarşısında mənalı tәdbir

Türkiyәnin Washington səfirliyinin qarşısında mənalı tәdbir keçirilir.
ABŞ-da yaşayan Türklər,ermənilərin 1915 hadisələriylә bağlı Türkiyə әleyhdarı kampaniyalara qarşı addımlar atmaqda davam edirlәr.
145 Türk-Amerikan qeyri-hökumət tәşkilatı tәrәfindәn formalaşdırılan “İstiqamәtlәndirmә Komitəsi” indi də Türkiyənin Vaşinqton Səfirliyi və rezidans qarşısında 24 saat keşik çәkir.
Son illərdə 23 Apreldə toplanaraq, ermәni aksiyaçıların Türkiyənin Vaşinqton səfirliyinin önündə cәmlәşmәsinә imkan vermәyәn Türklər, 1915-ci ildә cәrәyan edәn hadisәlәrin 100-ci illiyi münasibәtiylә günlər əvvəlindən sәfirliyin önündә gözlәyirlәr.
Könüllülər tәrәfindәn davam etdirilәn ''Bizi Birləşdir, Ayırma'' şüarı sәslәndirilәn tәdbir çәrçivәsindә 1915 hadisələrinə dair həqiqətlər şәrh edilir vә Türkiyənin sülh mesajı vurğulanır.
Tәdbirin bir başqa məqsədi də erməni terror təşkilatı ASALA-nın şəhid etdiyi diplomatların xatirәsini yad etmәkdir.
Qeyd edәk ki, daha əvvəl də başda paytaxt Vaşinqton və New York olmaqla bəzi metro dayanacaqları vә avtobuslara, mövzuya bağlı nəhəng afişalar yerləşdirәn “İstiqamitlәndirmә Komitəsi” Türklər ilə ermənilər arasında dostluq əlaqələrinin yaradılması üçün 24 Apreldə Vaşinqtonda "Barış və Həmrəylik '' şüarıyla yürüş tәşkil edәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr