Panama zirvə görüşünə ev sahibliyi edəcək

Görüşdə, ABŞ ilә kuba əlaqələrinin normallaşdırılması baxımından əhəmiyyətli addımların atılması gözlənilir.

230457
Panama zirvə görüşünə ev sahibliyi edəcək

Panama Aprelin 11-dә zirvə görüşünə ev sahibliyi edəcək.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Castronun iştirak edəcəyi görüşdə, iki ölkə əlaqələrinin normallaşdırılması baxımından əhəmiyyətli addımların atılması gözlənilir.

Qeyd edək ki, 1982-ci ildən Amerika Birləşmiş Ştatlarının terrorizmə dəstək verən ölkələr siyahısında yer alan Kubanın bu siyahıdan çıxarılması əsas şərt olmasa da, Kuba üçün prioritet məsələlərdən biridir.
Zirvə görüşündə bu məsələnin əsas gündəm maddələrindən biri olması gözlənilir.

Bu arada, Amerika Basketbol Liqası NBA, Kubanın paytaxtı Havanada basketbolun inkişafı üçün düşərgə təşkil edəcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr