"PEGİDA" Londonda aksiya keçirib

(PEGIDA) hərəkatının İngiltərə qolu, paytaxt Londonda aksiya keçirib.

225976
 "PEGİDA" Londonda aksiya keçirib

İslam və immiqrant əleyhdarı olan "Avropanın İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar" (PEGIDA) hərəkatının İngiltərə qolu, paytaxt Londonda aksiya keçirib.
Baş nazirlik binası qarşısında təşkil edilən nümayişə təxminən 100 nәfәr iştirak edib.
PEGIDA hәrәkәtinin tәşkil etdiyi aksiyaya cavab olaraq "London Faşizm Müxaliflәri (AFN)" və "Faşizmə qarşı Birlik Ol (UAF)" adlı qruplar da nümayiş keçiriblәr.
400-dən çox adamın qatıldığı qarşı nümayişdə, "PEGIDA geri get", "PEGIDA dәf ol", kimi şüarları sәslәndirilib.
Qeyd edәk ki, PEGIDA-nın İngiltərə qolunun neçə üzvü olduğu bilinmir. Ancaq qrupun ictimai paylaşma saytı Facebookdakı səhifəsini təxminən 20 min nәfәr izlәyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr