Әrǝb koalisiyasının Yǝmǝndǝki ǝmǝliyyatı davam edir

“Qǝtiyyǝt tufanı” ǝmǝliyyatında ötǝn gün gecǝ husilǝrin ǝlindǝki ağır texnikalara hava zǝrbǝlǝri endirilib.

288624
Әrǝb koalisiyasının Yǝmǝndǝki ǝmǝliyyatı davam edir

Sǝudiyǝ Әrǝbistanının başçılığındakı Әrǝb koalisiyası Yǝmǝndǝki ǝmǝliyyatı davam etdirir.
“Qǝtiyyǝt tufanı” ǝmǝliyyatında ötǝn gün gecǝ husilǝrin ǝlindǝki ağır texnikalara hava zǝrbǝlǝri endirilib. Bombardman zamanı 35 nǝfǝrin öldüyü açıqlanıb.
Döyüş tǝyyarǝlǝrinin ölkǝnin şimalında yerlǝşǝn Әl Mazrak qaçqın düşǝrgǝsini vurduğu vǝ bu hücumda da 45 nǝfǝrin öldüyü bildirilib.
Hava zǝrbǝlǝrinin hədəfində üsyançıların sursat anbarları və bazaları, həmçinin kommunikasiya və hava hücumundan müdafiə obyǝktləri olduğu bildirib.
Sǝudiyǝ Әrǝbistanı rǝsmilǝri “Yǝmǝndǝ artıq husilǝrǝ rahat yoxdur” deyǝ açıqlama yayarkǝn Husi liderlǝrindǝn Kureyşi Sǝudiyǝ Әrǝbistanını tǝhdid edǝrǝk bu ölkǝni cǝhǝnnǝmǝ çevirǝcǝklǝrini bildirib.
Digǝr tǝrǝfdǝn prezident Hadi tǝrǝfdarları vǝ husilǝr arasındakı toqquşmaların başda Әdǝn olmaqla Muha vǝ Şabva şǝhǝrlǝrindǝ artdığı qeyd edilib.
Misirin Şarm Әl Şeyx şǝhǝrindǝ toplantı tǝşkil edǝn Әrǝb Dövlǝtlǝri Liqasının ortaq ordu qurma qǝrarından sonra bu barǝdǝ detallar da yayılmağa başlayıb. Ortaq ordunun hava vǝ dǝniz gücü tǝrǝfindǝn dǝstǝklǝnǝcǝk 40 min xüsusi hǝrbi birlǝşmǝdǝn tǝşkil tapması planlaşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr