İsrail-Fǝlǝstin mǝsǝlǝsinin iki dövlǝtli hǝll yolu

Cefri Feltman (Jeffrey) Hǝlǝbdǝki toqquşmaların dayandırılmasına dair planın istǝnildiyi kimi hǝyata keçirilmǝdiyini deyib.

257659
İsrail-Fǝlǝstin mǝsǝlǝsinin iki dövlǝtli hǝll yolu

BMT Baş katibinin Siyasi İşlǝr üzrǝ müavini Cefri Feltman (Jeffrey) Hǝlǝbdǝki toqquşmaların dayandırılmasına dair planın istǝnildiyi kimi hǝyata keçirilmǝdiyini deyib.
Feltman, BMT-dǝ tǝşkil etdiyi mǝtbuat konfransında Orta Şǝrqdǝki vǝziyyǝt vǝ Fǝlǝstin-İsrail problemi barǝdǝ verdiyi açıqlamada deyib ki, Suriyada BMT-nin ilk növbǝdǝki planı xalqın çǝkdiyi iztirabları azaltmaq vǝ humanitar yardımların ǝhaliyǝ çatdırılmasıdır. BMT-nin Suriya üzrǝ özǝl nümayǝndǝsi Steffan de Misturanın Hǝlǝbdǝ toqquşmaların dayandırılmasına dair planı da hǝmin çǝrçivǝdǝ dǝğǝrlǝndirilir.
Bu vǝzifǝnin çǝtinliğinǝ diqqǝt çǝkǝn Feltman bildirib ki, hökumǝt vǝ müxalifǝt tǝrǝfindǝn yayımlanan açıqlamalar nǝzǝrǝ alındıqda aydın olur ki, plan istǝnildiyi kimi hǝyata keçirilmir. Mistura Suriyadakı bütün tǝrǝflǝri müzakirǝ stolu ǝtrafında toplamağa cǝhd göstǝrir. BMT olaraq biz dǝ ölkǝyǝ daha çox humanitar yardım çatdırmaq üçün sǝylǝrimizi davam etdiririk.
İsrail-Fǝlǝstin probleminin hǝllinǝ dair açıqmala da verǝn Feltman, iki dövlǝtli hǝll yolundan başqa seçimlǝrin “alternativ ola bilǝcǝk” tǝkliflǝr olmadığını, BMT üzvlǝrinin dǝ  ümumilikdǝ iki dövlǝtli hǝll yoluna inandığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr