Ali Mǝhkǝmǝnin Berluskoni barǝsindǝ bǝraǝt qǝrarı

İtaliyada Ali Mǝhkǝmǝ, Silvio Berluskoninin (Berlusconi) “Rubi işi” (Rubygate) üzrǝ mǝhkǝmǝsindǝ bǝraǝtini tǝsdiqlǝyib.

257851
Ali Mǝhkǝmǝnin Berluskoni barǝsindǝ bǝraǝt qǝrarı

İtaliyada Ali Mǝhkǝmǝ, ölkǝnin sabiq baş naziri Silvio Berluskoninin (Berlusconi) “Rubi işi” (Rubygate) üzrǝ mǝhkǝmǝsindǝ bǝraǝtini tǝsdiqlǝyib.
Bununla da ali məhkəmə 78 yaşlı siyasətçi haqqında yeni araşdırma aparılmasına dair prokurorluğun tələbini rədd edib. Ali Məhkəmənin qərarından şikayət vermək olmaz.
Qeyd edǝk ki, Berluskoni Baş nazirliyi zamanı bu iş üzrǝ yetkinlik yaşına çatmayan bir qızla pul verǝrǝk cinsi ǝlaqǝ saxlamaq vǝ nüfuzundan istifadǝ edǝrǝk qızın polis mǝrkǝzindǝn azadlığa buraxılmasına imkan yaratmaqda tǝqsirlǝndirilib.
2014-cü ilin iyun ayında Apellyasiya Məhkəməsi sabiq baş nazirə bəraət verib. Səbəb olaraq göstərilib ki, o, qızın gerçək yaşını bilməyib.
78 yaşındakı Berluskonunun bǝraǝtinin Ali Mǝhkǝmǝdǝ dǝqiqlǝşmǝsi ilǝ, bu iş çǝrçivǝsindǝ aldığı “ömür boyu siyasǝtlǝ mǝşğul olmasının qadağan edilmǝsi qǝrarı” da lǝğv edilib.
Partiyası “Forza İtalya”nı may ayındakı bǝlǝdiyyǝ sǝçkilǝrinǝ hazırlaşdıran Berluskoninin tǝrǝfdarları bǝraǝt qǝrarını zǝfǝr kimi dǝğǝrlǝndirir.
Qeyd edək ki, son 20 ildə S.Berluskoni barəsində 80-nə yaxın cinayət işi açılıb. Lakin ittihamların demək olar ki, hamısı ya müddəti keçdiyinə görə onun üzərindən götürülüb ya da sabiq baş nazir apellyasiya məhkəmələrində qalib gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr