Merkel qonşularına minnətdarlığını bildirib

Almaniya Kansleri Angela Merkel iki gün davam edəcək Yaponiya ziyarətinə başlayıb.

255530
Merkel qonşularına minnətdarlığını bildirib

Almaniya Kansleri Angela Merkel iki gün davam edəcək Yaponiya ziyarətinə başlayıb.
2-ci Dünya Muharibəsinin sona çatmasının ildönümü yaxınlaşarkən, Tokioda danışan Merkel, Almaniya tarixi ilə açıqca və qəti şəkildə üzləşdiklərini bildirib.
Merkel, Tokioda qatıldığı toplantıda, 2-ci Dünya Muharibəsindən sonra Almaniyanın qarsılaşdığı problemlərə toxunaraq bildirib ki,
Almaniyanın Yahudi soyqırımına baxmayaraq beynəlxalq cəmiyyətdə mövqeyini tapmasında qonşularının böyük rolu olmuşdur. Buna görə də onlara minnətdardır.
Angela Merkel, Yaponiya İmperatoru Akihito və Yaponiyanın baş naziri Shinzo Abe ilə də bir araya gəlib.
Abe, Ukrayna böhranını sülh və diplomatik yolla həll etmək üçün Rusiyanın həlledici bir rol oynamasında Merkel ilə həmfikir olduğunu bildirib.
İki lider, ayrıca Avropa İttifaqı ilə Yaponiya arasında sərbəst ticarət razılaşmasının il sonuna qədər həyata keçirilməsini nəzərdə tutub.
Merkelin təmaslarında, regional və ikitərəfli məsələlərin müzakirə edilməsi də gözlənilir.
Tokio Elm Muzeyini də gəzən Almaniya Kansleri burada, insanabənzər robot ‘‘Asimo’’ tərəfindən qarşılanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr