Nigeriyada " Boko Haram" qətliamları davam edir

Çad ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində güc itirən “ Boko Haram” terror təşkilatı Nigeriyanı yenidən qan gölünə çevirib.

250499
Nigeriyada " Boko Haram" qətliamları davam edir

Çad ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində güc itirən “ Boko Haram” terror təşkilatı Nigeriyanı yenidən qan gölünə çevirib.
Belə ki, ordudan qaçan təşkilat üzvüləri Bomo əyalətinin Niyaba kəndinə hücum edib.
Nəticədə aralarında uşaqların da olduğu əllidən artıq insanın öldüyü bildirilir.
Nǝqliyyatda çǝkilǝn çǝtinlik sǝbǝbindǝn təhlükəsizlik qüvvələrinin hadisəyə gec müdaxilǝ etdiyi deyilir.
Qeyd edək ki, Nigeriya və sərhəd qonşuları olan Kamerun, Benin, Çad və Niger fevralın 7-dǝn etibarən artıq bu bölgədə ciddi problemlərə səbəb olan terror qruplaşmasına qarşı əməliyyatlara başlayıb.
Ümumilikdə 8750 əsgərin iştirak etdiyi əməliyyatlarda indiyə kimi beş yüzdən artıq terrorçunun öldürüldüyü bildirilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr