Fǝlǝstinin dövlǝt olaraq tanınması sǝylǝri davam edir

Avropa ölkǝlǝrinin Fǝlǝstini dövlǝt olaraq tanıması mǝqsǝdi ilǝ addımlar atılmaqda davam edir.

241238
Fǝlǝstinin dövlǝt olaraq tanınması sǝylǝri davam edir

Avropa ölkǝlǝrinin Fǝlǝstini dövlǝt olaraq tanıması mǝqsǝdi ilǝ addımlar atılmaqda davam edir.
Son olaraq İtaliya parlamentinin aşağı palatası Nümayǝndǝlǝr Mǝclisi Fǝlǝstinin dövlǝt olaraq tanınmasının tǝşviq edilmǝsinǝ dair iki ayrı tǝklifi qǝbul edib.
İlk tǝklif, Nümayǝndǝlǝr Mǝclisi ümumi iclasına iqtidarın böyük ortağı Demokrat partiya tǝrǝfindǝn tǝqdim edilib.
Tǝklifdǝ bildirilib ki, Qanuni İsrail Dövlǝtinin narahatlıqlarını vǝ mǝnfǝǝtlǝrini nǝzǝrǝ alaraq, 1967-ci ildǝn ǝvvǝlki sǝrhǝdlǝri daxilindǝ, ortaq paytaxtı Qüds olan demokratik vǝ suveren Fǝlǝstin Dövlǝtinin tanınması tǝşviq edilmǝlidir. Tǝklifin ǝleyhinǝ 45, lehinǝ isǝ 300 sǝs verilib.
Digǝr tǝklifi isǝ koalisiya hökumǝtinǝ dǝstǝk verǝn Xalq Hǝrakatı vǝ Mülki Seçim İttifaqı tǝqdim edib. Bu tǝklif dǝ 84 mǝnfi sǝsǝ qarşı 237 müsbǝt sǝslǝ qǝbul ǝdilib.
İtaliya Xarici İşlǝr naziri Paolo Centiloni( Paolo Gentiloni) dǝ açıqlama verǝrǝk deyib ki, Fǝlǝstin hökumǝtinin tanınması vǝ tǝrǝflǝr arasında müzakirǝlǝrin yenidǝn başlaması üçün cǝhd göstǝrilmǝsinǝ müsbǝt yanaşarıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr