Braziliyada etirazlar davam edir

Braziliyada nəqliyyat sahəsində qiymətlərin artırılmasına etirazlar davam edir.

241756
Braziliyada etirazlar davam edir

Braziliyada nəqliyyat sahəsində qiymətlərin artırılmasına etirazlar davam edir.
Hökümət qarşıdakı altı ayda yanacağın qiymətini qaldırmayacağını bildirsə də narazılıqlar səngimək bilmir.
Belə ki, bu dəfə ölkənin ən münbit əkin sahələrinə malik olan Santa Katarina və Parana əyalətlərində aksiyalar keçirilib.
Tətilə başlayan yük maşınlarının sürücülərinin ucbatında yollarda tıxaclar yaranıb.
Polis aksiya iştirakçılarına qarşı göz yaşardıcı qazdan istifadə etməli olub.
Qarşıdurmalar zamanı çoxlu sürücünün həbs olunduğu da bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr