Nigeriyada seçki tәxirә salınıb

“Boko Haram”ın tәhdidi sәbәbindәn martın 28-nә tәxirә salınıb.

214112
Nigeriyada seçki tәxirә salınıb

Nigeriyada fevralın 14-dә keçirilmәsi planlaşdırılan prezident vә parlament seçkilәri terror tәşkilatı “Boko Haram”ın tәhdidi sәbәbindәn martın 28-nә tәxirә salınıb.
Nigeriya Ali Seçki Komissiyası ölkәdә әsayiş bәrpa olunmadan sәsvermәnin tәhlükәsizliyinә tәminat verә bilmәdiklәrini açıqlayıb.
Qeyd edәk ki, ölkәnin cәnub-şәrqindә bәzi bölgәlәri әlә keçirәn terror tәşkilatına qarşı qonşu ölkәlәrin dә qatılacağı böyük bir әmәliyyatın keçirilmәsi planlaşdırılır.
“Boko Haram” ilә qonşu Niger hәrbi birliklәri arasında son silahlı toqquşmada 109 terrorçu öldürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr