Belçika parlamenti Fǝlǝstinin müstǝqilliyini tanıyıb

Belçika parlamenti hökumǝti “ǝn uyğun zamanda” Fǝlǝstinin müstǝqilliyini tanımağa çağırıb.

213393
Belçika parlamenti Fǝlǝstinin müstǝqilliyini tanıyıb

Belçika parlametindǝ mǝrkǝzi sağ koalisiya hökumǝtini tǝşkil edǝn partiyaların dǝstǝyi ilǝ Fǝlǝstinin tanınması barǝdǝki tǝklif qǝbul edilib.
Belçika parlamenti hökumǝti “ǝn uyğun zamanda” Fǝlǝstinin müstǝqilliyini tanımağa çağırıb.
Mǝrkǝzi sağ koalisiya hökumǝtini tǝşkil edǝn partiyaların dǝstǝklǝdiyi tǝklifin ǝleyhinǝ 52, lehinǝ isǝ 75 sǝs verilib.
Müxalifǝtdǝki Sosialistlǝr, Yaşıllar vǝ Valon Xristian Demokratlar isǝ Fǝlǝstin Dövlǝtinin 1967-ci ildǝki sǝrhǝdlǝri daxilindә dǝrhal vǝ şǝrt irǝli sürülmǝdǝn tanınmasını tǝlǝb edib.
Xatırladaq ki, İsveçin oktyabrın sonunda Fǝlǝstinin müstǝqilliyini tanımasından sonra Fransa, İngiltǝrǝ, İspaniya vǝ İrlandiya parlamentlǝri hökumǝtlǝrinǝ eyni addımı atmalarını tövsiyǝ edib.
İsveçlǝ yanaşı Polşa, Rumıniya, Macaristan, Çexiya, Bolqarıstan, Cǝnubi Kıbrıs Rum Rǝhbǝrliyi vǝ Malta Fǝlǝstinin müstǝqilliyini rǝsmi tanıyıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr