Evlərini yenə buldozerlə yıxdılar
Evlərini yenə buldozerlə yıxdılar
![Evlərini yenə buldozerlə yıxdılar](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/1636884593filistingzalt.jpg?time=1719017281)
Qərbi Şəriyədəki Yəhudi Məskunlaşma Qurumunun rəhbəri Gassan Dagles məlumat verib ki, İsrail əsgərləri Nablus şəhərinin Kusra qəsəbəsinə girərək C bölgəsindəki fələstinlilərin mülklərini yıxıblar.
İsrail və Fələstin Qurtuluş Təşkilatı (FAT) arasında 13 sentyabr 1993-cü il tarixində imzalanan Oslo müqaviləsinə görə, “A, B və C olmaqla 3 hissəyə ayrılan Qərb Şəriyədə İsrail işğal etdiyi C bölgəsində fələstinlilərin evlərini sənədsiz olduğu üçün yıxır və yeni bina inşasına da icazə vermir”.
Qərbi Şəriyənin A bölgəsi Fələstin rəhbərliyinin idarəsi altındaykən B hissəsi İsrail və qismən fələstinlilərin ixtiyarındadır. C bölgəsini tamamilə işğal edən İsrail Qərbi Şəriyə torpaqlarının da təxminən 40 faizini tutub.
Qərb Şəriyədəki əməliyyatlarda 2 fələstinli yaralanıb, 12-si isə nəzarət altına alınıb.
Әlaqәli Xәbәrlәr
![Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı](http://cdn.trt.net.tr/images/medium/rectangle/7402/1e8d/8f60/667551035090a.jpg?time=1719017282)
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...