Steve Emerson sosial şǝbǝkǝdǝ ǝlǝ salınıb

Steve Emerson adlı terror şǝrhçisinin İngiltǝrǝnin Birmingham şǝhǝrinǝ dair söylǝdiklǝri ǝlǝ salınıb.

182938
Steve Emerson sosial şǝbǝkǝdǝ ǝlǝ salınıb

Fransada jurnala hücum edildiktǝn sonra qalmaqala sǝbǝb olan açıqlamalarla reaksiya göstǝrilǝn Rupert Murdochun televiziya kanalındakı bir proqramda söylǝnǝnlǝr sosial şǝbǝkǝlǝrdǝ ǝlǝ salınıb.
ABŞ-da Fox televiziyasında aparılan proqrama bağlanan bir terror şǝrhçisi İngiltǝrǝnin Birmingham şǝhǝrinin tamamilǝ Müsǝlman olduğunu deyib.
Steve Emerson adlı terror şǝrhçisinin İngiltǝrǝnin Birmingham şǝhǝrinǝ dair söylǝdiklǝri ǝlǝ salınıb.
Emerson deyib ki, İngiltǝrǝdǝ tamamilǝ müsǝlman olan Birmingham kimi şǝhǝrlǝr vardır ki bu şǝhǝrǝ müsǝlman olmayanlar girǝ bilmir. Ayrıca Londondakı müsǝlman polislǝr dǝ islami qaydalara görǝ geyinmǝyǝnlǝri yaralayır.
İngǝltǝrǝ Baş naziri David Cameron terror şǝrhçisinin sözlǝrinin çox axmaq sözlǝr olduğunu deyib.
Sosial mediada ǝlǝ salınan Emerson, sǝhv etdiyini qǝbul edib vǝ Birminghamda yaşayanlardan üzr istǝyib.
Qeyd edǝk ki, şǝhǝrdǝ 2011-ci ildǝki sayıma ǝsasǝn 1 milyon 100 min olan ǝhalinin ǝksǝriyyǝtini xristianlar tǝşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr