SENTKOM-un "Twitter" vǝ "YouTube" sosial şǝbǝkǝsindǝki bloqları

Bloqları dağıdan xakerlǝr bunu DEAŞ-ın adından etdiklǝrini bildiriblǝr.

183596
SENTKOM-un "Twitter" vǝ "YouTube" sosial şǝbǝkǝsindǝki bloqları

ABŞ Silahlı Qüvvǝlǝri Mǝrkǝzi Komandanlığı SENTKOM-un (CENTCOM) “Twitter” vǝ “YouTube” sosial şǝbǝkǝsindǝki bloqları dağıdılıb.
Bloqları dağıdan xakerlǝr bunu DEAŞ-ın adından etdiklǝrini bildiriblǝr.
Səhifədə təhdidlərlə dolu bəyanatlar dərc edilib. Bundan əlavə, xakerlǝr hərbi qulluqçuların adları və telefon nömrələri, habelə komandanlığın xəritəsini bloqda yerləşdiriblər. Hazırda dağıdılmış bloqun fəaliyyəti dayandırılıb.
Qeyd edǝk ki, SENTKOM, Suriya ve İraqdakı beynǝlxalq koalisiya qüvvǝlǝrinin DEAŞ-a qarşı hǝyata keçirdiklǝri hava hücumlarının koordinasiya fǝaliyyǝtlǝrini davam etdirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr