Mitinqǝ Almaniya kanslǝri Angela Merkel ilǝ nazirlǝrin dǝ qatıla
Almaniyada bu gün Müsǝlmanlar, İslamofobiya, terror vǝ irqçiliyǝ qarşı mitinq keçirǝcǝk.
Almaniyada bu gün Müsǝlmanlar, İslamofobiya, terror vǝ irqçiliyǝ qarşı mitinq keçirǝcǝk.
Mitinqǝ Almaniya kanslǝri Angela Merkel ilǝ nazirlǝrin dǝ qatılacağı gözlǝnilir.
Parisdǝki terror aktları Avropada son zamanlarda artan İslam ǝleyhdarlığı vǝ irqçiliyǝ dair ifadǝlǝrin küçǝlǝrdǝ sǝslǝndirilmǝsinǝ sǝbǝb oldu.
Gǝrginliyi azaltmaq mǝqsǝdi ilǝ çağırışlar edilir, mitinqlǝr keçirilir.
Ancaq Almaniya, irqçilǝr vǝ onların ǝleyhinǝ olanlar arasında bölünüb.
Almaniyadakı Müsǝlman qeyri-hökumǝt tǝşkilatlarının çağırışı ilǝ tolerantlığa çağırış yürüşü keçirilǝcǝk.
Türkiyǝ vaxtı ilǝ saat 20.00-da Brandernburg keçid mǝntǝqǝsindǝ başlayacaq yürüşdǝ xarici düşmǝnçiliyi, terror vǝ İslamofobiya da qınanacaq.
Ancaq polis, İslam ǝleyhdarlarının ehtimal olunan tǝhriklǝrinǝ qarşı tǝhlükǝsizlik tǝdbirlǝrini artırıb.
Çünki dünǝn bǝridir İslam ǝleyhdarları Almaniyanın müxtǝlif şǝhǝrlǝrindǝ nümayişlǝr keçirir.
Dresdendǝ PEDİGA adıyla tanınmış sağyönümlü qruplaşma nümayiş keçirib.
Düsseldorf şǝhǝrindǝ dǝ 300-ǝ yaxın insanın keçirmǝk istǝdiyi İslam vǝ xaricilǝr ǝleyhinǝ yürüşǝ, şǝhǝrdǝ 3 ayrı yerdǝ keçirilǝn vǝ minlǝrlǝ insanın qatıldığı nümayişlǝrlǝ etiraz edilib.
Leipzigdǝ PEDİGA-nın davamı olan LEDİGA adlı qruplaşmanın yürüşündǝ qatılanların sayı isǝ xeyli az olub.
Әlaqәli Xәbәrlәr
![Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı](http://cdn.trt.net.tr/images/medium/rectangle/7402/1e8d/8f60/667551035090a.jpg?time=1719069333)
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...