Murdochun sözləri Türkiyədə sərt şəkildə tənqi ...

Rupert Murdochun Twitterdəki “Bütün müsəlmanlar Charlie Hebdo hücumuna görə məsuliyyət daşıyır” yazısı reaksiyalara səbəb olub.

181763
Murdochun sözləri Türkiyədə sərt şəkildə tənqi ...

Rupert Murdochun Twitterdəki “Bütün müsəlmanlar Charlie Hebdo hücumuna görə məsuliyyət daşıyır” yazısı reaksiyalara səbəb olub. Murdochun sözləri, Türkiyədə də sərt şəkildə tənqid olunub.
Nəqliyyat naziri Lütfi Elvan, mövzuyla bağlı yaydığı açıqlamada, “Bu sözləri yazan adamın ruh xəstəsi olduğunu düşünürəm. Fransadakı hücumları həyata keçirənlər nə qədər təhlükəlidilərsə bu düşüncə də bir o qədər təhlükəlidir. İslam dini sülh və qardaşlıq dinidir. Bu insan dərhal bütün İslam dünyasından, müsəlmanlardan üzr istəməlidir” deyə bildirib.
Ədalət və İnkişaf Partiyasının Sədr müavini Süleyman Soylu da, “Bu cür açıqlamalar məsuliyyətsizlikdir. Bu yalnız İslamla əlaqədar şərhlər deyil bütün insanlığa təsir edən şərhlərdir” deyə bildirib.
Strateji Düşüncə İnstitutu Direktoru Birol Akgün, “Əhəmiyyətli olan cinayət işləyən insanın cəzalandırılmasıdır. Belə hadisəni, bir dinlə, bir cəmiyyətlə əlaqələndirmək və hər kəsi günahlandırmaq müasir siyasət anlayışına uyğun deyil. Bu açıqlamalar dünya barışına təhlükə yaradır” deyə bildirib.
Strateji Düşüncə İnstitutu Direktor müavini Məmməd Şahin də milyonlarla təqibçisi olan bir media rəhbərinin belə bir açıqlama yaymasının məsuliyyətsizlik olduğunu və İslamofobik davranışlara səbəb ola biləcəyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr