"Ən uzun döyüşdə qalibiyyәtә yaxınlaşırıq"

Obama: "Amerika əsgərlərinin әvәzsiz mübarizәlәri sayəsində müharibə misyamız sona çatır".

163877
"Ən uzun döyüşdə qalibiyyәtә yaxınlaşırıq"

ABŞ prezidenti Barak Obama, Əfqanıstandakı Amerika əsgərlərinin "әvәzsiz mübarizәlәri" sayəsində bu ölkədəki müharibə misyalarının sona çatdığını və Amerika tarixinin ən uzun müddәtli döyüşündә qalibiyyәtә yaxınlaşdıqlarını qeyd edib.

Mövzuyla əlaqədar açıqlamasında, ABŞ ordusu mənsublarına minnettarlıklarını bildırәn vә söz mövzusu döyüşdə hәyatını itirәn 2 min 200 Amerikan əsgəri yad edәn Barak Obama, Əfqanıstanın təhlükəli bir yer olduğunu qeyd edib. Əfqan xalqı və təhlükəsizlik qüvvələrinin ölkələrini müdafiə yolunda ciddi addımlar atdıqlarını vurğulayıb.
Əfqan hökumətinin dəvətinә görә ABŞ vә müttəfiqlәrinin, Əfqan qüvvәlәrin inkişafı üçün lazımlı yardımı edәcәklәrini ifadә edәn Obama, “ dövlәt başçısı seçildiyimdә, Əfqanıstan və İraqda 180 min Amerikalı әsgәr vardı. indi isə bu rəqəm 15 mindən daha azdır” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr