Ukraynadan tarixi addım

Kiyevin bu qərarına, Moskvanın reaksiyası gecikməyib.

158157
Ukraynadan tarixi addım

Ukrayna Parlamenti, Kiyevin hər hansı bir hərbi ittifaqa üzv olmayacağını nəzərdə tutan müstəqillik statusunu, ləğv edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin qəbul olunması üçün 77 səs kifayət etsə də layihəni 303 millət vəkili dəstəkləyib.
Qeyd edək ki, Ukrayna, 2010-ci ildə, Rusiyanın təzyiqi ilə bu statusu qəbul etmişdi.
Kiyevin bu qərarına, Moskvanın reaksiyası gecikməyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov, atılan son addımın gərginliyi daha da artıracağını bildirib. Rusiya Baş naziri Dmitri Medvedev isə, sosial şəbəkə hesabında, Ukraynanın NATO üzvlüyünə müraciət edəcəyi təqdirdə, Rusiyanın düşməninə çevriləcəyini yazıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr