Bosniya-Herseqovinada kütlǝvi mǝzar
Haciçidǝ aşkarlanan kütlǝvi qǝbirdǝn, ötǝn gün 5 nǝfǝrǝ aid cǝsǝd çıxarılıb.
143060
Bosniya-Herseqovinada kütlǝvi mǝzar aşkarlanıb.
Bosniya-Herseqovinanın paytaxtı Sarayevo yaxınlığındakı Haciçidǝ aşkarlanan kütlǝvi qǝbirdǝn, ötǝn gün 5 nǝfǝrǝ aid cǝsǝd çıxarılıb.
İtkin şǝxslǝr üzrǝ İnstitutun mǝtbuat nümayǝndǝsi Leyla Çengiç, Anadolu xǝbǝrlǝr agentliyinǝ verdiyi açıqlamada, kütlǝvi mǝzardan çıxarılan cǝsǝdlǝrin şǝxsiyyǝtlǝrinin müǝyyǝnlǝşdirilmǝsi üçün Visoko şǝhǝrindǝ fǝaliyyǝtlǝrin davam etdiyini bildirib.
Onun mǝlumatına ǝsasǝn, cǝsǝdlǝrin 1992-95-ci ildǝ öldürülǝn boşnaqlara aid olduğu güman edilir. Cǝsǝdlǝrdǝn ikisinin qadın, üçünün isǝ kişi olduğu bildirilib.
Әlaqәli Xәbәrlәr
Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı
Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib ki ...