Türk qızı Tuğçenin qəhrəmanlığı gündəmdəki yerini qoruyur

Almaniyada, Serb gənclərin hücumu nəticəsində həyatını itirən Türk qızı Tuğçenin qəhrəmanlığı gündəmdəki yerini qoruyub saxlamaqdadır.

211310
Türk qızı Tuğçenin qəhrəmanlığı gündəmdəki yerini qoruyur

Almaniyada, Serb gənclərin hücumu nəticəsində həyatını itirən Türk qızı Tuğçenin qəhrəmanlığı gündəmdəki yerini qoruyub saxlamaqdadır.
Polis Tuğçənin qorumağa çalışdığı 2 gənc qızın kimliyini təsbit etsə də, bu barədə heç bir açıqlama vermir.
Bu arada isə serb gənclərin Tuğçeyǝ hücum etdiyi kameralara düşüb.
“Bild” qəzetinin məlumatına görə kamerada, Tuğçeyə yumruq atan adamın Serbiya əsilli Sanel M. olduğu görünür.
Kamerada, Sanel M. Tuğçeyə doğru hərəkət edərək, yumruq atdığı, Tuğçenin yerə yıxılaraq başının betona dəyməsi nəticəsində hərəkət etmədiyini gördükdə isə hadisə yerindən ayrıldığı görüntülənib.
Xatırladaq ki, noyabr ayının 15-də yoldaşlarıyla yemək yediyi restoranın tualetində 3 serb gənc tərəfindən narahat edilən 2 alman gənc qıza kömək edərək, onları xilas edən Tuğçe Albayrak, restorandan çıxdıqda serb gənclər tərəfindən hücuma məruz qalmışdı. Ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən Albayrağın beyinǝ qan sızdığı müəyyən olunmuşdu. Albayrağın beyin ölümü isə noyabr ayının 26-sı reallaşmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr