İsrail Fәlәstinin dövlәt olaraq tanınmasından narahatdır

İsrail, Fələstinin bəzi ölkələr tәrәfindәn rәsmiyyәtdә tanınmasından narahatdır.

192700
 İsrail Fәlәstinin dövlәt olaraq  tanınmasından  narahatdır

İsrail, Fələstinin bəzi ölkələr tәrәfindәn rәsmiyyәtdә tanınmasından narahatdır.
İsrail Baş naziri Binyamin Netanyahu, Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier ilə Qüdsdə bir araya gәlib.
Netanyahu, görüşdәn sonra keçirilәn birgә mətbuat konfransında İsrail ilə Fələstin arasındakı sülh danışıqlarına toxunub. "Avropa ölkələri və Parlamentlәrin Fələstini tək tərəfli tanıma çağırışları sülh prosesinә zәrbә endirir. Fələstinlilərə, sülh mәsәhlәsini İsrail ilə hәll etmәlәrinin vacibliyini sәslәndirәnlәr Fələstini dövlət olaraq tanıyırlar" deyib.
Almaniya xarici işlər naziri Steinmeier isə ABŞ, İsrail və Fələstin arasında Ammanda aparılan danışıqların tam zamanında reallaşdırıldığını ifadə edərək, "Bu görüş, İsraildə vəziyyətin sakitləşməsinә әsas töhvәdir " deyә vurğulayıb.

Danışıqların yenidən başlaması barəsində ümidli olduğunu ifadә edәn Steinmeierә görә , bölgədə arzulanan uzun müddətli bir sülh perspektivi üçün müzakirələrdən başqa yol yoxdur.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr