İtaliyada minlərlə insan aksiyalarda

Milanda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb.

190888
İtaliyada minlərlə insan aksiyalarda

"Sosial tətil" şüarı ilə küçələrə axışan vətəndaşlar, şagirdlər və immiqrantlar, Matteo Renzi liderliyindəki koalisiya hökumətinin çıxarmaq istədiyi iş qanununda islahat nəzərdə tutan qanun layihəsini, məktəblərdə fasilə nəzərdə tutan qənaət siyasətlərini və immiqrant siyasətinə qarşı etiraz edib.
Milanda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə ediblər. Padova şəhərindəki nümayişdə, tələbələr və polis arasında yaranan qarşıdurmada dörd təhlükəsizlik işçisi yaralanıb.
Paytaxt Romada şəhərlərarası avtobus səfərlərində gecikmələr yaşanarkən, şəhərin müxtəlif nöqtələrindǝ etiraz nümayişlǝri təşkil edilib.
Ölkədə nəqliyyat sektorunda çalışanlar da müəyyən saatlarda aksiyalar keçirib.
Aksiyalar Romanın ən böyük hava limanı Fiumicinoda 22 aviareysin ləğv olunmasına səbəb olub.
Bir çox şəhərdə həyatı iflic edən etirazlar və tətillər davam edərkən gün ərzində açıqlanan iqtisadi rəqəmlər ürəkaçan olmayıb. İtaliya iqtisadiyyatında, üçüncü rübdə 0,1 faiz azalma müşahidə olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr